Yol polisindən arayış internetdən alınacaq

Daxili İşlər Nazirliyinin (DİN) kollegiyası “Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə qərar verib.
Avtosfer.az "report"-a istinadən xəbər verir ki, qərarı kollegiyanın sədri general-polkovnik Ramil Usubov imzalayıb. Qərar “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə verilib.
Sənədlə “Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üzrə inzibati reqlament” təsdiqlənib. Qərar respublika daxili işlər orqanlarında elan edilib.
Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi elektron xidməti nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üçün elektron müraciətin qəbul edilməsini, baxılmasını və baxılmanın nəticəsindən asılı olaraq müvafiq arayışın verilməsini nəzərdə tutur.
Xidmət ödənişsizdir. Elektron xidməti Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DİN BDYPİ) göstərəcək. Elektron xidmətin icra müddəti 5 iş günüdür.
Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışın verilməsi ilə bağlı müraciət aidiyyəti DYP qurumunda baxılaraq həmin nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınmış yol-nəqliyyat hadisəsinin sənədləşdirilməsinə dair materiallara əsasən “Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış” (əlavə №2) tərtib olunur və aidiyyəti DYP qurumunun rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur.
Əgər sorğu olunan nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi DYP qurumunda qeydiyyata alınmamışdırsa, avtomobilin sahibi qabaqcadan məlumatlandırılmaqla DYP qurumunun əməkdaşı tərəfindən zədələnən nəqliyyat vasitəsinin olduğu yerdə ona və zədələnmənin baş verdiyi əraziyə baxış keçirilərək yol-nəqliyyat hadisəsi sənədləşdirilir.
Baxışın keçiriləcəyi tarix və vaxt barədə zədələnən nəqliyyat vasitəsinin sahibinə elektron poçt vasitəsi ilə azı 1 gün əvvəl məlumat verilir.
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı










