Yol polisindən şikayəti olanların nəzərinə

Daxili İşlər Nazirliyində (DİN) yol polisindən şikayətləri qəbul etmək üçün “qaynar xətt” yaradılıb. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, təkcə 2013-cü ildə nazirliyin “102” Xidməti - Zəng Mərkəzi sisteminə 216 minə yaxın, o cümlədən 13 mindən çox cinayət xarakterli məlumat daxil olub, bu əsasda 300-dək ağır və xüsusilə ağır cinayət “isti izlərlə” açılıb, minlərlə şəxsə hüquqi yardım göstərilib, zəruri izahlar verilib. Həmçinin, polis əməkdaşları tərəfindən qanunçuluğun pozulması, vəzifə səlahiyyətlərinin lazımi qaydada icra edilməməsi barədə bütün şikayətlər operativ və obyektiv araşdırılıb, adekvat intizam tədbirləri görülüb.
Məlumatda həmçinin qeyd edilir ki, müvafiq sahədə fəaliyyətin davamı olaraq Baş Dövlət Yol Polisi İdarəsində də şikayətlərin qəbulunu həyata keçirən “Qaynar xətt” xidməti yaradılıb. Bununla əlaqədar həmin qurumun əməkdaşlarının qanunsuz hərəkətləri barədə “102” xidməti ilə yanaşı “902” telefon nömrəsinə də məlumat vermək olar. Hər bir müraciət üzrə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi, qarşılaşdığınız və ya şahidi olduğunuz neqativ halların hərtərəfli və obyektiv araşdırılması təmin ediləcək.
Emin
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












