Yol polisini döyənlərin işi prokurorluğa göndərildi

Bakının Nərimanov rayonunda yol polisinin əməkdaşlarına zorakılıq edilib. Avtosfer.az xəbər verir ki, hadisə rayonun Azadlıq prospekti 149 ünvanında baş verib. Məlumata görə, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Eldəniz Nazim oğlu Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamadığı üçün Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları – 1990-cı il təvəllüdlü Elşən Babayev və 1981-ci il təvəllüdlü Famil Əliyev tərəfindən saxlanılıblar. Həmin vaxt Eldəniz Musayev və onun sərnişini, 1987-ci il təvəllüdlü Orxan Yaşar oğlu Haqverdiyev yol polisinin əməkdaşlarına qarşı zorakılıq ediblər. Sürücü və sərnişini polis əməkdaşlarını döyərək, onlara xəsarət yetiriblər. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsində təhqiqat araşdırması aparılıb. Hadisəyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Nərimanov Rayon Prokurorluğuna göndərilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












