Yol polisinin bu addımı 12 nəfəri işsiz qoydu

Sentyabrın 15-dən başlayaraq qüvvəyə minən qaydaya əsasən, Bakı qeydiyyatında olmayan avtomobillərin şəhərə girişinə məhdudiyyət qoyulub. Yeni qayda eyni zamanda Sumqayıt sakinlərinin idarə etdikləri avtomobillərə də şamil edilib. Belə ki, Masazır, Saray və Çeyranbatan yolu ilə şəhərə daxil olmaq istəyən avtomobillər (seria nömrələri 10, 90, 99 olmayan və Bakı qeydiyyatında olmayan) Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən geri qaytarılır. Sərnişinlər bildirir ki, Yol polisi tərəfindən yaradılmış süni tıxaca görə saatlarla yolda qalmalı olurlar.
Avtosfer.az xəbər verir ki, interaz-a daxil olan məlumata görə, avtomobillərinin şəhərə buraxılmaması səbəbindən işə zamanında çatmayan 12 nəfər Sumqayıt sakini əvvəlcədən xəbərdarlıq edildikdən sonra işdən azad olunublar.
Əlavə edək ki, Masazır yolunun Duzlu Göl hissəsində Sumqayıtdan daxil olan avtomobillər DYP əməkdaşları tərəfindən saxlanılaraq onların qeydiyyatda olduğu ərazi yoxlanılır. Sənədlər yeni qaydalara cavab verilmədiyi halda həmin avtomobillər geri qaytarılır.
Yolda qalan sakinlər nazılıqlarını belə ifadə ediblər: “Elə bil Əfqanıstana gedirik. Bu nə yoxlamadır? Belə iş olmaz axı. Öz ölkəmizdə normal yaşaya bilmirik. Hər gün bu problemlə üzləşirik. İşdən xəbərdarlıq olunub ki, birdə gecikmə olarsa, qovulacaqsınız. Məsələ nə zaman həll olunacaq?”.
Sakinlərin açıq qalan suallarına cavab tapmağa çalışacağıq.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












