Yol qəzalarının artmasının səbəbləri bəlli oldu - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI

“Son zamanlarda xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin yol hərəkəti qaydalarına münasibətində vətəndaşların haqlı narazılıq və narahatlığının şahidi oluruq”. Avtosfer.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
Onun sözlərinə görə, bir yol-nəqliyyat hadisəsini araşdırdıqda həmin qəzanı törədən şəxsin avtomobilinin qəzalı vəziyyətdə olduğu və bundan öncəki qəzanın belə fəsadlarının aradan qaldırılmadığının şahidi oluruq: "Yəni bəzən elə olur ki eyni avtomobil 1 ay ərzində bir neçə hadisə törədir. Ümumilikdə yol-nəqliyyat hadisələrinə nəzər yetirdikdə yol-nəqliyyat hadisələrinin paytaxt ərazisində daha çox baş verməsi də başa düşüləndir. Söhbət əsasən maddi xəsarətlə yekunlaşan hadisələrdən gedir. Düzdür son 10 ildə baş verən qəzalarda insan ölümlərinin və xəsarətlərin sayının azalması bizi sevindirir. Nəzərə alsaq ki, respublikanın avtomobil parkı 1 milyon 700 minə yaxınlaşır. Həmin avtomobillərin isə 70%-ə qədəri məhz paytaxt ərazisində istifadə olunur. Ümumilikdə yol-nəqliyyat hadisələrini 10 illik statistika ilə müqayisə etdikdə bu rəqəmlərdə azalma müşahidə edilir. Amma son zamanların yol-nəqliyyat hadisələrinin ümumi mənzərəsi daha çox taksi kimi fəaliyyət göstərən sürücülərin törətdiyi yol-nəqliyyat hadisələrindən ibarətdir”.
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO












