Yol qəzalarının əsas səbəbləri bunlardır - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol qəza hadisələrinin əsas səbəblərinə həsr olunmuş daha bir sosial çarx hazırlayıb. Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədovun təşəbbüsü və təşkilatçılığı ilə hazırlanmış sosial çarxın başlıca məqsədi insanları, bütün yol hərəkəti iştirakçılarını maarifləndirmək və qaydalara əməd etməyə səsləməkdir.
Vaqif Əsədov Avtosfer.az saytına bildirib ki, bu videomaterialda həm sürücülərin, həm piyadaların, həm də ümumilikdə, yol hərəkəti iştirakçılarının hər birinin üzərinə düşən vəzifələr əksini tapır. Belə ki, avtomobil sürücüsü təhlükəsizlik kəmərini taxmalı, sürət həddini aşmamalı, motosiklet sürücüsü motoşlemdən istifadə etməli, başına dəbilqə taxmalı, avtobus sürücüsü qəza şəraiti yaratmamalı, təyin olunmuş zolaqlarla hərəkət etməli, habelə, piyadalar da təyin olunmuş yerlərdən yolu keçməli, piyada keçidi olan yerlərdə ondan istifadə etməlidirlər. Lakin sosial çarxda əksini tapan kadrlarda bunun əksini edən yol hərəkəti iştirakçılarına da rast gəlinir. Odur ki, yol polisi bu videoçarx vasitəsilə yol hərəkəti iştirakçılarının diqqətinə çatdırır ki, hər kəs öz təhlükəsizliyini düşünməli və qaydalara əməd etməlidir. Çarxın adı isə belədir: «Gəlin, təhlükəsizliyimizi birgə təmin edək!».
Elməddin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












