Yol şəraiti imkan vermirsə, sol zolağa görə sürücü cərimələnə bilər? – AÇIQLAMA

Məlum olduğu kimi, qanunvericiliyin tələbinə əsasən, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində “Avtomagistral” və ya “Avtomobillər üçün yol” nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda isə sol zolaqlarla hərəkət etmək qadağandır. Bununla bağlı bu günlərdə Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə müraciət ünvanlayıb.
Ancaq maraqlısı budur ki, ölkənin bəzi magistral yollarında sağ zolaq yararsız olduğu üçün sürücülər avtomomillərinə zərər dəyməsin deyə məcburən sol zolaqla hərəkət edirlər. Belə olduğu halda onların cərimələnməsi ədalətlidirmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu mövzuda sürücülərin cərimələnməsi çox diqqət tələb edən məsələdir:

"Çünki Azərbaycanda yol infrastrukturu hələ də bizim arzuladığımız səviyyəyə gəlib çatmayıb. Yol infrastrukturu ilə bağlı çox ciddi problemlərimiz var. Xüsusən rayon yollarında vəziyyətin nə dərəcədə gərgin olduğunu görürük. Məsələn, Bakı-Şamaxı-İsmayıllı-Qəbələ yolu, Bakı-Qazax yolu çox bərbad vəziyyətdədir. Hər ikisi respublika əhəmiyyətli yollardır və aidiyyəti qurumların məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində yolların sağ zolaqları, hətta bəzi yerlərdə sol zolaqları da pis vəziyyətə düşüb.
Məsələn, Qaradağ rayon ərazisindən keçənlər orada nələrin yaşandığını çox yaxşı bilirlər. Şamaxı-İsmayıllı istiqamətində hərəkət edərkən də yolun nə qədər təhlükəli olduğu görünür. Bu vəziyyət hökm sürürsə, sürücülərə necə əmr etmək, göstəriş vermək olar ki, hamı sol zolaqla getsin və ya hamı sağ zolaqla hərəkət etsin? Yəni o tapşırığı vermək üçün gərək əvvəlcə özün həmin zolaqla hərəkət etməyi bacarasan. Bunu bacarırsansa, bəli, başqalarına da tövsiyə edə bilərsən. Amma əminəm ki, hazırkı şəraitdə bu, mümkün deyil. Mümkün olmayan şeyi də mən sürücülərin üzərinə qoymağın tərəfdarı deyiləm və buna görə sürücülərin cərimələnməsini də məqbul saymıram".
Müsahibimiz əlavə etdi ki, qanunvericilikdə bu açıq şəkildə göstərilib:
"Bizim “Yol hərəkəti haqqında” qanunda qeyd olunur ki, yol şəraiti imkan verdikdə sürücü sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etməməlidir. İndi sürücü də tam əsaslı şəkildə deyir ki, “qardaş, yol imkan vermir”, yəni sağ zolaq normal vəziyyətdə deyil. Şirkətlər, yüklü maşınlar həmin zolağı dağıdıb, ona görə mən o zolaqla hərəkət edə bilmirəm. Belə olan halda vətəndaşı cərimələmək düzgün deyil".
Bunu edən sürücülər cərimələnir... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?
Yük maşınları ilə bağlı tədbirlər görülməlidir - AÇIQLAMA
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA
"Baku electronics"in postu saxta çıxdı - Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO
Moped və motosikletlərlə bağlı yeni qaydalar qəbul edildi - Nələr dəyişəcək? - SORĞU - VİDEO
Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur - VİDEO
Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Rusiyada benzin kəskin bahalaşdı
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO











