“Yollar bağlı olduğundan ölən şəxs 3 gün sonra basdırıldı”

“Yüksək dağlıq və mürəkkəb iqlim şəraitinə malik olan rayonlarda yaranan fövqəladə və ekstremal hallarda dövlət orqanlarının çevik reaksiya imkanlarını təmin etmək və baş verən fəlakətlərin nəticələrini operativ şəkildə aradan qaldırmaq üçün daha çevik mexanizmlərin yaradılmasına və əlavə tədbirlərin görülməsinə ehtiyac var”.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Məlumat üçün qeyd edim ki, 19-21 yanvar 2026-cı il tarixlərində intensiv qar yağması Lerik şəhəri ilə rayonun kəndləri arasında, eyni zamanda Astara şəhəri ilə rayonun dağlıq ərazidə yerləşən kəndləri arasında əlaqənin tam kəsilməsinə, bir çox kəndlərdə elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələrin yaranmasına səbəb oldu.
Yerli qurumların əməkdaşları böyük fədakarlıqla çalışsalar da, texnika çatışmazlığı və operativ maliyyə mexanizmlərinin olmaması problemlərin vaxtında aradan qaldırılmasına imkan vermədi. Yolların bağlı olması səbəbindən vəfat edən şəxsin 3 gün sonra basdırılması, hamilələrin xəstəxanaya çatdırıla bilməməsi və digər bu kimi hallar əhalinin haqlı narazılığına səbəb oldu.
Bu qeyd olunanları və qanunvericilikdə aparılan mütərəqqi dəyişiklikləri nəzərə alaraq təklif edirəm ki, yüksək dağlıq rayonların iqlim xüsusiyyətləri və təbii fəlakət riskləri nəzərə alınaraq, baş verə biləcək belə fövqəladə halların nəticələrinin operativ şəkildə aradan qaldırılması məqsədilə daha çevik mexanizmlər yaradılsın.
Qanunvericiliyə edilən dəyişikliklərin ruhuna uyğun olaraq, fövqəladə hallarla bağlı satınalma və xidmətlərin elektron sistem üzərindən sürətlə rəsmiləşdirilməsi mexanizmlərinin praktikada daha çevik tətbiq edilməsi məsələsinə də baxılsın.
Hesab edirəm ki, belə təbii fəlakətlərin nəticələrini operativ şəkildə aradan qaldırmaq üçün həmin rayonların icra hakimiyyətlərinə dövlət büdcəsindən hər il 40-50 min manat həcmində ehtiyat vəsaitin ayrılması nəzərdə tutula bilər.
Ayrılan bu vəsaitin ekstremal vəziyyətlər zamanı operativ istifadəsi üçün tender və kartirovka prosedurlarından kənar, lakin sonradan şəffaf hesabatlılıq təmin edilməklə çevik qərarvermə mexanizminin tətbiq edilməsi məqsədəuyğun olardı”, - deputat bildirib.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












