Yoxuşda yük maşını ilə ara məsafəsi saxlamamağın acı sonu - VİDEO

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində yük maşını ilə ara məsafəsi saxlamayan sürücü zəncirvari qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, geriyə dönmək üçün dayanan və növbə gözləyən yük maşınının arxasında ara məsafəsi gözləmədən dayanan sürücü qəza törədib. Belə ki, hərəkət etmək istəyən yük maşınının sürücüsü istər-istəməz avtomobili arxaya hərəkətə gətirib. Çünki yoxuşda olduğu üçün maşın avtomatik əvvəlcə geriyə gedir. Bu zaman isə ona yaxın dayanmış minik maşınına dəyib. Maraqlıdır ki, həmin avtomobilin arxasında da digər sürücü yenə yaxın məsafədə dayanıb. Zərbənin gücündən birinci minik maşını ikinciyə dəyib. Nəticədə isə maddi ziyanla bitən yol-nəqliyyat hadisəsi baş verib.
Qeyd edək ki, yük maşınları dayandığı yerdən hərəkətə gələn zaman ətalət qüvvəsi onu qismən geriyə itələyir. Hələ ki, bu hadisə yoxuşda olarsa daha təhlükəli vəziyyət yaranır. Videonu təqdim edirik:
Orxan
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











