Yüksək sürət piyadanı xəstəxanalıq etdi - FOTO
Gündəm
16 Avqust 2014 20:47

Heydər Əliyev prospektində "Toyota" piyadanı vurub
Dünən gecə paytaxtın Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpünün altında qeydə alınıb. Təxminən 45-50 yaş arası kişi yolu keçmək istəyərkən Heydər Əliyev prospekti ilə hava limanı istiqamətində “Toyota Camry” markalı avtomobil onu vurub. Piyadanı vuran avtomobilin sürücüsü yaralını ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanaya çatdırıb. Yaralının vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib. Hadisə yerində olan şahidlərin sözlərinə görə qəza yüksək sürət səbəbindən baş verib. Qəzanın dəqiq səbəbləri aparılacaq avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Oxunub : 2116
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 21:32
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
11 Oktyabr 2026 18:41
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
11 Oktyabr 2026 10:32
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
ŞƏRH YAZ













