Yüksək sürət və diqqətsizlik 50 metrlik uçuruma apardı - FOTOLAR

Manisanın Kula mahalında təxminən 50 metrlik uçurumdan aşağı yuvarlanan avtomobildə olan sərnişinlərdən 1-i ölüb, 2-si uşaq olmaqla 4 nəfər yaralanıb. Qəza sonrası qanlar içində qalan Zeyneb Çümen xilasetmə işlərini göz yaşları içində izləyib. Qəza dünən saat 15:00 radələrində baş verib. İzmirdən Uşak istiqamətdə gedən avtomobilin sürücüsü 64 yaşlı Ekrem Sunal yüksək sürət və diqqətsizlik nəticəsində avtomobil idarəsini itirib. Nəticədə avtomobil təxminən 50 metrlik bir uçurumdan aşağı yuvarlanıb. Dəmir-dümür yığınına dönüşən avtomobildə olan sərnişinlərdən Döne Sunal (90) hadisə yerindəcə keçinib. İkisi uşaq olmaqla 4 nəfər yaralanıb və Kula dövlət xəstəxanasına yerləşdirilib, həyati təhlükələrinin olmadığı bildirilir.
Hadisə ilə bağlı araşdırma davam edir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO





















