“Zəfər Günü tədbirləri ermənilərin təxribatlarına məruz qala bilər” - Açıqlama

"Dünya azərbaycanlılarının və dost xalqların, ölkələrin ortaq bayramına çevrilən 8 noyabr – Zəfər Günü tədbirləri ermənilərin təxribatlarına məruz qala bilər”.
Avtosfer.az bildirir ki, bunu politoloq Turan Rzayev deyib. O xatırladıb ki, Zəfər Günü ölkəmizdə olduğu kimi, xarici ölkələrdə də təntənə ilə qeyd ediləcək:
"Xaricdə keçiriləcək tədbirlərə qarşı erməni lobbisi və diasporunun dünyanın müxtəlif regionlarında etiraz aksiyaları keçirəcəyi, Zəfər Gününə kölgə salmağa çalışacağı məlumdur. Təsadüfi deyil ki, Qarabağ klanı bu gün İrəvanda Baş nazir Nikol Paşinyan əleyhinə mitinq keçirəcəyini elan edib və eyni zamanda xarici ölkələrdəki tərəfdarlarını da küçələrə çıxmağa səsləyib”, - deyən T.Rzayev hesab edir ki, Qarabağ klanı bununla bir daha Ermənistanın 44 günlük müharibədə üzləşdiyi məğlubiyyətin məsuliyyətini Paşinyan administrasiyasının üzərinə ataraq erməni xalqının yaralarından istifadə edib, ölkə daxilində və xaricində revanşizm duyğularını oynadaraq öz nüfuzunu artırmağa çalışacaq.
Onun fikrincə, bu istiqamətdə Qarabağ klanına xüsusilə terrorçu Daşnaksütun partiyası və onun xaricdəki büroları, həmçinin erməni lobbisi dəstək olacaq və ehtimal ki, etiraz aksiyaları ABŞ, Fransa, Almaniya, Hollandiya və s. ölkələrdə daha qabarıq şəkildə özünü büruzə verəcək:
"Xarici ölkələrdəki yürüşlərdə etirazın hədəfi Azərbaycan olacaq. Buna görə də Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və soydaşlarımız xüsusilə diqqətli olmalıdır. Çünki ermənilər səfirliklərimizin qarşısında da toplaşacaqlar. Bundan başqa, sivil qaydada Zəfər Gününü qeyd etmək istəyəcək xaricdə yaşayan soydaşlarımıza qarşı ermənilərin provokasiyaları, hətta hücumları da ola bilər. Ermənilərin ehtimal hücumlarının qarşısı alınması üçün xaricdə keçiriləcək Zəfər Günü tədbriləri daha güclü diaspor və lobbi fəaliyyəti olan dost ölkələr və onların xaricdə yaşayan vətəndaşlarının iştirakı ilə birlikdə keçirilə bilər. Bu, həm xarici ölkələrdə keçiriləcək Zəfər Günü tədbirlərinə həmin ölkələrin mediasının diqqətini çəkəcək, həm bizə say üstünlüyü verəcək, həm də ehtimal erməni təxribatlarının qarşısını almış olacaq.
Misal üçün, Almaniya, Avstriya və Hollandiyada keçiriləcək Zəfər Günü tədbirləri bu ölkədəki Türkiyə diasporu ilə ortaq keçirilə bilər. Çünki qeyd olunan ölkələrdə həm türk nüfuzu çoxdur, həm də türk diasporu daha güclüdür. Rusiyada keçiriləcək Zəfər Günü tədbirlərinə isə xüsusilə bu ölkədəki türk-müsəlman xalqların diasporu, diplomatları, mədəniyyət xadimləri dəvət edilə bilər. Belə olacağı təqdirdə erməni təxribatlarının qarşısı tam olaraq alınmasa da effekti azala bilər”.
Sfera.az
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO
Dubay aeroportları hər gün 600 milyon dollar itirir










