Zəlzələ nəticəsində dağıntı və təlafat baş verib? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 22.07.2024-cü il tarixində yerli vaxtla saat 12:08 dəqiqədə Zaqatala seysmik stansiyasından 55 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 15 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə Avtosfer.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
***
Gürcüstan Milli Seysmik Monitorin Mərkəzi Azərbaycanla sərhəddə yerləşən Deoplistkaro munisipaliteti yaxınlığında zəlzələnin baş verməsi ilə bağlı məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, Mərkəz Tbilisi vaxtı ilə 12:08-də qeydə alınmış zəlzələnin episentrinin Deoplistkaronun şimal-qərbində yerləşən Leninovka kəndi yaxınlığnda qeydə alındığını açıqlayıb. Zəlzələ 4,7 bal gücündə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss olunub
Qeyd edək ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
(apa)
***
Gürcüstan ərazisində 4,9 bal gücündə zəlzələ olub.
Bununla bağlı Avtosfer.az-a Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, eləcə də Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












