Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsini dəyişəcək - Hikmət Hacıyev

Zəngəzur dəhlizi Avrasiyanın kökündən dəyişməsinə təsir göstərəcək.
Avtosfer.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today" və jurnalistlərə müsahibəsində bildirib.
"Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsinin kökündən dəyişməsinə təsir göstərəcək", - o qeyd edib.
H.Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan bu nəqliyyat mənzərəsinin dəyişdirilməsi prosesində mühüm rol oynayır. Onun sözlərinə görə, Bakı "Avropa İttifaqını bu yeni nəqliyyat sisteminin bir hissəsi kimi görmək istərdi".
"H.Hacıyev dəhlizi "Azərbaycanın sülhə nail olmaq strategiyası"nın praktik komponenti kimi təqdim edib", - "EU Today" qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev daha əvvəl bildirmişdi ki, Zəngəzur dəhlizi 2028-ci ilin sonuna qədər açıla bilər. Dəhlizin ötürücülük qabiliyyəti ildə 15 milyon ton yük təşkil edəcək.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












