Zəngəzur dəhlizi Cənubi Qafqazın qarşısıalınmaz reallığıdır

Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir. Bu dəhliz Ermənistana tranzit iqtisadiyyatında öz potensialını reallaşdırmağa imkan verəcək.
Avtosfer.az bildirir ki, bunu Trend-ə rusiyalı iqtisadçı Vasili Koltaşov deyib.
Onun sözlərinə görə, Ermənistan qonşu ölkələrlə iqtisadi əlaqələrin fəallaşmasına və sadələşməsinə ehtiyac duyur: "Bir dəhlizin işini təmin etməklə digər proqramlara qoşulmaq, onları işə salmaq olar. Bir sözlə, Ermənistan iqtisadiyyatının Avrasiyada inteqrasiya və ticarət proseslərinə daha çox cəlb olunması üzərində işlər görmək olar".
O bildirib ki, Zəngəzur dəhlizinin açılması Ermənistana bir sıra üstünlüklər verəcək: "Ermənistan üçün ilk sırada iqtisadi maraqlar dayanmalıdır. Daha sonra siyasi münasibətlərin həlli gəlməlidir".
Ukraynalı ekspert, iqtisadçı Aleksandr Oxrimenko vurğulayıb ki, Ermənistanda qarşıdurmanın davam etməsini istəyən və Zəngəzur dəhlizinin işə salınmasını "xəyanət" kimi qəbul edən siyasətçilər var: "Ən başlıca problem də məhz budur. İqtisadi baxımdan regionda problemlərin həlli yolları göz qabağında olsa da, siyasi intriqalar bu məsələləri həll etməyə imkan vermir".
Ekspert hesab edir ki, Zəngəzur dəhlizi həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyət daşıyır: "İqtisadi baxımdan Zəngəzur dəhlizi Ermənistana lazımdır və ona koronavirusla bağlı yaranmış böhranın öhdəsindən gəlməkdə kömək edəcək. Dəhliz investisiyaların cəlb olunması, yeni iş yerlərinin yaradılması, sənaye müəssisələrinin bərpasına imkan yaradacaq. Bu dəhliz iqtisadi əlaqələrin bərpası baxımından Azərbaycan, Türkiyə və Ermənistan üçün böyük imkanlar açacaq. Zəngəzur dəhlizi, xüsusilə də Ermənistanın regional iqtisadiyyata inteqrasiyasına kömək edəcək".
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











