Zəngəzur dəhlizi ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq - Nazir

Zəngəzur dəhlizi ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk"ün efirində deyib. O, bildirib ki, xarici kredit sənədləri imzalandığı üçün heç bir maliyyə problemi yoxdur: “Şirkət maliyyələşdirməni gözləmə nöqtəsində deyil, 2,4 milyard dollarlıq layihədir. O, Türkiyədə iki güclü şirkətin konsorsiumu tərəfindən tikiləcək. Bu, 43 kilometrlik xəttdir. Dörd, ən geci beş il sonra bu dəhlizi tam şəkildə işə salacağıq”.
“İddiaları ortaya qoyub həyata keçiririk. Sərhədlərimizin içərisində 224 kilometrlik xətt keçir. Naxçıvan sərhədində 170 kilometrlik xətt var; 150 kilometr hazırdır və bərpa olunacaq, 20 kilometr isə salınacaq. Bunu Azərbaycan edəcək. İş bizimlə eyni vaxtda tamamlanacaq. Qarsda minən adam yolu Bakıya qədər davam edə biləcək. Məqsədimiz işi eyni vaxtda tamamlamaqdır.
Zəngəzur 43 kilometrlik xətdir, ən gec burası başlayacaq. Dəhliz beş il sonra tam istifadəyə veriləcək. Bakı-Tbilisi-Qars xətti olduğundan bu yeni dəhliz türk dünyasına daha qısa və problemsiz bir marşrut təqdim edəcək. Bakı-Tbilisi-Qars müəyyən imkanlara malikdir və o tutuma çatanda yeni dəhlizlərə ehtiyac yaranacaq”, - nazir bildirib.
A.Uraloğlu qeyd edib ki, Zəngəzurla bağlı ətraflı müzakirələr gedir, lakin təfərrüatlar dəqiqləşməyib.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












