“Zəngəzur dəhlizi sülh dəhlizi olacaq”

Zəngəzur dəhlizi təkcə region ölkələri üçün deyil, həm də regiondan kənar dövlətlər üçün əməkdaşlıq və təhlükəsizlik dəhlizi olacaq.
“Report” xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş bu gün Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında bildirib.
"Ankara dünya ticarəti üçün mühüm tranzit nöqtəsinə çevriləcək Zəngəzur dəhlizi layihəsinin tezliklə həyata keçirilməsinə ümid edir. Biz bu layihə çərçivəsində Azərbaycana hərtərəfli dəstək göstərməyə davam edəcəyik", - o bildirib.
N.Kurtulmuşun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması təkcə Türkiyə və Azərbaycanın deyil, bütün region ölkələrinin maraqlarına cavab verir:
"Ümid edirik ki, Zəngəzur dəhlizi sülh dəhlizi olacaq. Türkiyə və Azərbaycan regionda sülh və sabitliyin əldə olunması üçün bütün səylərini göstərir”.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












