“Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz” - Lukaşenko

“Mən Zəngəzur dəhlizinin nə olduğunu bilirəm, buna heç kim müqavimət göstərə bilməz!”
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Belarus lideri bildirib ki, Ermənistan üçün Azərbaycanla əlaqə yaratmaq çox lazım idi. “Mən ABŞ Prezidenti Donald Trampı Azərbaycan və Ermənistan arasında sülh sazişinin təşəbbüskarı kimi təbrik etdim. Trampa bildirdim ki, Azərbaycanla Ermənistanı yaxşı fürsət tapıb danışıqlar masasına oturtdunuz ”, - deyə, Lukaşenko bildirib.
O, Zəngəzur dəhlizinə İranın münasibətindən də danışıb:
“Təbii ki, İranın xoşuna gəlmir, çünki İranla sərhəddədir. Amma buna heç kim müqavimət göstərə bilməz. Bu, sülh müqaviləsidir, ABŞ bu dəhlizin Ermənistan ərazisindən çəkilməsinə kömək edəcək. Beləcə, Azərbaycan öz əraziləri ilə təkcə hava yolu ilə birləşməyəcək”, - deyə, Belarus lideri vurğulayıb.
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb












