Zəngəzur dəhlizinin açılmasına indidən hazırlaşmalıyıq - Siyasi və iqtisadi yeniliklər olacaq

Zəngəzur dəhlizi həm regional, həm də beynəlxalq iqtisadi proseslərin mərkəzində duran əsas layihələrdən biridir. Əsasən də son dövrlər strateji olub, hər sahə üçün əhəmiyyət daşıyır. Bu dəhliz təkcə dövlət səviyyəsində strateji və siyasi əhəmiyyət daşımaqla kifayətlənmir, eyni zamanda sahibkarlar üçün yeni biznes imkanları və iqtisadi dividentlər yarada bilər. Dəhlizin yaxın gələcəkdə açılması planlaşdırılır. Maraqlıdır, bəs görəsən dəhlizin açılması reallaşarsa dövlət və sahibkarlar nə kimi imkanlar qazanacaq?

Deputat Tahir Mirkişili Avtosfer.az-a açıqlamasında Zəngəzur dəhlizinin strateji-iqtisadi arteriya olduğunu bildirib: “Dəhlizin işə düşməsi ilə Azərbaycan tranzit ölkə kimi yükdaşımadan, dəmir yolu və avtomobil daşımaları haqlarından, gömrük rüsumları və vergilərdən əlavə gəlirlər əldə edəcək, azad olunmuş ərazilərdə logistika mərkəzlər, sənaye və xidmət zonalarının formalaşması sürətlənəcək. Bu, həm də regionlarda məşğulluğun artmasına, infrastrukturun və sosial xidmətlərin inkişafına müsbət təsir göstərəcək. Sahibkarlar üçün əsas divident nəqliyyat məsafəsi və vaxtın qısalması hesabına daşıma xərclərinin azalması, Türkiyə, Avropa, Mərkəzi Asiya və Çin bazarlarına çıxış imkanlarının genişlənməsidir. Bu, xüsusilə, ixrac yönümlü kənd təsərrüfatı, qida sənayesi, yüngül sənaye və emal müəssisələrinin rəqabət qabiliyyətini artıracaq. Paralel olaraq logistika, anbar, gömrük-brokerlik, sığorta, maliyyə xidmətləri, yolboyu ticarət və turizm obyektləri kimi sahələrdə yeni biznes imkanları yaranacaq. Nəticə etibarilə Zəngəzur dəhlizi həm dövlət üçün davamlı büdcə və tranzit gəlirləri, həm də sahibkarlar üçün uzunmüddətli gəlir və genişlənmə platforması rolunu oynaya bilər”.

İqtisadiyyat eksperti Natiq Cəfərli isə bildirib ki, dəhliz açılanda biznes üçün də ciddi fürsətlərin yarandığının şahidi ola bilərik: “Zəngəzur dəhlizinin açılması təxmini 2028 20230 illlər arasında olacaq. Bu yeni fürsətlər yaradır. İndidən ona hazır olmaq lazımdır. Biznesin infraktrukt hazırlığı, xarici əlaqələri, logistikanın gətirdiyi üstünlüklər və digər məsələlərə aid hazırlıq işləri görülməlidir. Sahibkar üşün gəlir imkanları, dövriyyə, qazanc imkanları olacaq ki, bu da əsas hədəfdir”.
Nurcan Babək
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












