Zəngilanda əhali üçün səyyar tibbi müayinələr təşkil edilib - VİDEO

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir yanvarın 17-də baş tutub. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti, o cümlədən artroloq, nevroloq, qastroenteroloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən Zəngilan rayonunun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirilib. Aksiya çərçivəsində Ağalı kəndinin sakinləri arasında nevroloji, artroloji, qastroenteroloji, fizioterapevtik reabilitasiya istiqamətlərində müayinələr aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Aksiya iştirakçılarına institutun fizioterapevt və reabilitoloqları tərəfindən profilaktik tövsiyələr verilib. Aksiya zamanı 250-dən artıq vətəndaş müayinələrdən keçirilib. Həmçinin məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzi və vaxtın düzgün idarə edilməsi mövzusunda maarifləndirici tədbir təşkil olunub. Kompüterdən uzun müddət istifadənin sağlamlığa təsiri barədə məlumat verilib. Bundan əlavə, səhv seçilən məktəb çantasının uşaqların sağlamlığı üçün birbaşa təhlükə yaratdığı diqqətə çatdırılıb.
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nurlana Əliyeva bildirib:
“Daha öncə kollektivimiz Talış kəndində olub. Bu gün isə 175 ailə olmaqla 871 nəfərin məskunlaşdığı Zəngilan rayonunun Ağalı kəndindəyik və səhər saatlarından tibbi aksiyaya start verilib. Ölkə rəhbərinin göstərişi əsasında aksiyalarımızın Xankəndi, Şuşa və Laçında da keçirilməsi nəzərdə tutulur”, - deyə o əlavə edib.
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident mühüm Fərman imzaladı
Bakının bu ərazisində piyadaların xaotik hərəkəti nəqliyyatı iflic edir - AÇIQLAMA
İranda başlanan münaqişə qlobal gübrə və kükürd ticarətinə necə təsir edib? – Ekspert AÇIQLADI
Ərəb ölkələrinin ABŞ-İsrail-İran münaqişəsinə qoşulması gündəmdədir – SİYASİ ŞƏRHÇİ
Bəzi obyektlər dövlət tərəfindən qorunan binalara müdaxilə edir - MEMAR
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı










