Zərdabda qoyun oğruları tutuldu - FOTO

Zərdab rayonunda ayrı-ayrı şəxslərə məxsus fərdi təsərrüfatlardan xırda buynuzlu heyvanlar oğurlayan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Zərdab, Göyçay və Qəbələ Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri Göyçay rayon sakini Səfa Xəlilov və Qəbələ rayon sakini Şamil Əlibəşirov tutulublar. Araşdırma zamanı onların Zərdab rayonu Gödəkqobu kənd sakini olan bir nəfərin həyətindən 33 baş qoyun-quzu oğurladıqları məlum olub. Həmçinin Zərdab RPŞ-də dəstə üzvü Şamil Əlibəşirovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun Qəbələ rayonu Topbağ kəndində daha bir nəfərin həyətindən əlavə 43 baş qoyun oğurladığı da sübuta yetirilib.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











