Zərərçəkmişlə barışan məhkum cəza çəkməkdən azad etmə barədə məhkəməyə ərizə verə biləcək

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na dəyişiklik edilib.
Dəyişikliyə əsasən, cəzaçəkmə müəssisələrinin müdiriyyətinin hərəkətləri artırılıb.
Belə ki, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə əlaqədar cəzanı çəkməkdən azad edilməsi, habelə cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı ərizələri üzrə cəzaçəkmə müəssisələrinin müdiriyyətinin hərəkətləri sırasına daxil edilib.
Eyni zamanda, digər dəyişikliklə Cinayət Məcəlləsinə müvafiq olaraq zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə barədə məhkəməyə məhkumun özü, yaxud onun müdafiəçisi və ya qanuni nümayəndəsi ərizə, cəzaçəkmə müəssisəsinin rəisi isə təqdimat verəcək.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO











