Zibil çənlərindən birinin boşaldılması zamanı partlayış baş verdi - Bakıda

Bakının Nəsimi rayonunda zibil çəninə atılan partlayıcı qurğu partlayıb, yaralanan var. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat veriblər. Məlumata görə, hadisə bazar ertəsi saat 20:40-da baş verib. Paytaxtın "20 Yanvar" küçəsində mənzil-istismar sahəsinin əməkdaşları - 1987-ci il təvəllüdlü Kürdəmir sakini Rauf Rəsulov və 1983-cü il təvəllüdlü Siyəzən sakini İmamverdi Əhmədov "Man" markalı avtomobillə zibilləri daşıyıblar. Zibil çənlərindən birinin boşaldılması zamanı partlayış baş verib. R.Rəsulov çoxsaylı zədələr alıb və Respublika Travmatologiya İnstitutuna yerləşdirilib. İlkin məlumatlara görə, zibil çəninə partlayıcı qurğu naməlum şəxslər tərəfindən atılıb və zibil daşıyanlar yaxınlaşan zaman partlayıb.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ












