Zirə dəniz limanında STS kranın açılış mərasimi baş tutub - FOTOLAR

Zirə dəniz limanında STS kranın açılış mərasimi baş tutub. Avtosfer.az xəbər verir ki, tədbirin açılış mərasimində ilk olaraq vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Zirə portunda həyata keçirilmiş maksimum yük daşıma qabiliyyəti 90 ton olan STS (Ship-to-Shore) sahil kranının elektrik və avtomatika layihəsi, müasir liman infrastrukturunun inkişafı üçün mühüm bir addımdır. Bu layihə, həm liman əməliyyatlarının səmərəliliyini artırmaq, həm də təhlükəsizliyi ən yüksək səviyyədə təmin etmək üçün nəzərdə tutulmuşdur. Dəniz sənaye kompleksinin qurucusu Musabəy Süleymanov çıxış edərək, tədbiri rəsmi şəkildə açıq elan edib. Tədbirdə STS kranının ərsəyə gəlməsində rolu olan şəxslər, deputatlar və ictimaiyyət nümayənləri iştirak ediblər. Daha sonra STS portal kranının lentkəsmə mərasimi keçirilib. Çıxışçılar bildiirblər ki, Zira portun inşa etdiyi bu kran Xəzər regionunda logistikanın inkişafına yeni nəfəs verəcək və Azərbaycan adını dünya sənaye xəritəsində daha da yüksəldəcək. Zirə dəniz limanında quraşdırılmış STS kranı tamamilə Azərbaycan mühəndisləri tərəfindən layihələndirilb və istehsal olunub. Yalnız avtomatlaşdırma sisteminin məhsulları dünya üzrə tanınmış Şinayder elektrik şirkətindən təchiz edilib. Bu fakt göstərir, ki ölkəmizdə yüksək texnologiyaların istehsalı mümkündür və eyni zamanda beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda açıq və çevik yanaşma mövcuddur. Zirə dəniz limanın logistika və nəqliyyat infrastrukturu da çox güclüdür. Həmçinin, burada özəl dəmir yol xətti limana inteqrasiya olunub. Zirə dəniz limanında istifadəyə verilən STS kranı tamamilə beynəlxalq standartlara uyğun şəkildə layihələndirilib və inşa olunub.
Qeyd edək ki, STS kranı mövcud kranlardan 4 dəfə daha sürətlidir. Kranın işləmə müddəti 15 dəqiqədir. Ən önəmlisi isə budur, ki bu kran tamamilə Azərbaycanda istehsal olunmuşdur. Bu fakt bir daha göstərir, ki ölkəmiz artıq idxalçı yox ixrac gücünə malik sənaye istehsalçıdır.
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO










