Ziya Məmmədov açılışa dəvət olunmadı

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda çoxdan gözlənilən açılış mərasimi baş tutub. Belə ki, Prezident İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində qırmızı lenti kəsib. “Qafqazinfo” xəbər verir ki, açılışa “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da qatılıb. Maraqlı məqamlardan biri isə odur ki, açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Məlumata görə, Ziya Məmmədov mərasimə sadəcə olaraq dəvət olunmayıbmış. Ümumiyyətlə nəqliyyat nazirinin son aylar dövlət səviyyəli digər tədbirlərə də çağırılmadığı deyilir.
Xatırladaq ki, son günlər yerli mediada artıq Ziya Məmmədovun işdən çıxarılma ərəfəsində olduğu haqda silsilə yazılar yerləşdirilib.
Bir neçə gün əvvəl nazir və oğluna məxsus “Rixos Quba” otelinin də onun əlindən alındığı haqda məlumat yayılıb. Bundan başqa, paytaxtda sərnişin daşınmasını həyata keçirən əsas şirkət, Ziya Məmmədova məxsus “Transqeyt”in avtobusları da xəttən çıxarılıb.
Eyni zamanda Prezident İlham Əliyev nəqliyyat sektorundakı problemləri bir neçə dəfə tənqid edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












