Ziya Məmmədovun çəkdiyi Bakı Dairəvi Yolu yoxlanılır

Son günlər Nəqliyyat nazir Ziya Məmmədov barəsində yayılan məlumatlar mətbuatın gündəmindən düşmək bilmir. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, yayılan məlumatlarda onun yaxın günlərdə vəzifəsindən azad ediləcəyi bildirilir. Bundan əlavə, nazirin ailə üzvlərinin işdən azad edilməsi barədə informasiyalar var. Hələlik nazirin bacısı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovun işdən çıxarılması xəbəri təkzib olunsa da, qardaşı, Nazirliyin tərkibində olan böyük avtobazalardan birinə rəhbərlik edən Loğman Məmmədovun işdən çıxarılması xəbəri isə hələ ki, aktuallığını qoruyur.
Ziya Məmmədovla bağlı redaksiyamıza daha bir məlumat daxil olub. Məlumata görə, Bakı Dairəvi Yolunda ciddi yoxlamalara başlanılıb. Yoxlamalar zamanı yolun standartlara uyğun çəkilib-çəkilmədiyi, ayrılan vəsaitin aidiyyatı üzrə xərclənib-xərclənilməməsi araşdırılır. Bildirilir ki, yoxlamalara çoxsaylı mütəxəssislər də cəlb olunub. İlkin nəticə odur ki, Bakı dairəvi yolunun çəkilişi zamanı yeyintilərə yol verilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












