Ağdamda minaya düşən polis əməkdaşının VƏZİYYƏTİ AÇIQLANDI - YENİLƏNİB

Ağdam rayonunun Papravənd kəndi ərazisində minaya düşən polis əməkdaşının kimliyi məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsində polis serjantı kimi çalışan Xəyyam İsmayılov piyada əleyhinə minaya düşüb və sağ ayağı topuqdan amputasiya edilib.
***10:33
Ağdam rayonunun Papravənd kəndi ərazisində minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 30-da, saat 1:50-də Ağdam rayonunda baş verən mina partlayışı səbəbi ilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir", -deyə məlumatda bildirilir.(oxu.az)
***08:23
İyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında bildirilir.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı rayonun işğaldan azad edilmiş Papravənd kəndində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.
Zərərəçəkmişin sağ ayağı topuqdan amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












