Arif Həsənovun 25 milyon manatlıq əmlakı müsadirə edildi

"Azərinşaatservis" MMC-nin Müşahidə Şurasına rəhbərlik edən Arif Həsənovun mülkiyyətində olan və dəyəri 25 milyon manat təşkil edən daşınmaz əmlak müsadirə edilib.
Avtosfer.az "Teleqraf"a istinadla xəbər verir ki, sözügedən əmlak Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən ərazini və oradakı qeyri-yaşayış sahələrini əhatə edir. Həmin ərazidə hazırda icarə müqaviləsi əsasında fəaliyyət göstərən bir neçə məşhur şirkət mövcuddur.
Arif Həsənovdan müsadirə edilən bu obyektlərin dövlət hərracı vasitəsilə satılması nəzərdə tutulur.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kredit götürərək geri ödəməyən bir qrup şəxs saxlanılmışdı.
Həbs olunanlar siyahısında "Azərinşaatservis" MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov və həmin şirkətin təsisçisi olduğu "Trek İnvest" SC-nin direktor səlahiyyətlərini icra edən Əli Əlişov da var idi.
Elə həmin dövrdə şirkətin Dərnəgüldə yerləşən ofisinin qarşısında əməkhaqlarını tələb edən fəhlələr tərəfindən etiraz aksiyası təşkil olunmuşdu.
Maraqlı məqam odur ki, aksiyada iştirak edən və 5 aydır maaş ala bilməyən işçilər şirkətin Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə aid olduğunu iddia edirdilər.
2015-ci ildə həbs qətimkan tədbiri seçilən "Azərinşaatservis"in Müşahidə Şurasının sədri Arif Həsənov bir il sonra azadlığa buraxılmışdı. Cahangir Hacıyev isə məhkəmə prosesində verdiyi ifadədə "Azərinşaatservis"ə 2011-2012-ci illər ərzində 350 milyon manat həcmində kreditin ayrıldığını bildirmişdi.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












