Astarada torpaq sürüşməsi oldu: Yol iki hissəyə bölündü - FOTO

Astara rayonunun Vaqo kəndində torpaq sürüşməsi baş verib. Avtosfer.az xəbər verir ki, Pensərçayın kənddən keçən hissəsində beton bəndlər dağılaraq torpaq qatı ilə birlikdə çaya tökülüb.
Nəticədə kənd daxili yolun bir hissəsi iki hissəyə bölünüb. Sakinlər bildirirlər ki, çayın suyu çox olsaydı daha ciddi fəlakət yarana bilərdi.
Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin qısa müddətdə həlli üçün çayın məcrası texnika vasitəsilə dəyişdirilir.
Astara Su Melorasiya Sistemləri İdarəsinin baş mühəndisi Fərid Yusifov deyib ki, problemin aradan qaldırılması o qədər də asan deyil.
Layihə İnstitutu və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri əraziyə göndəriləcək və bəndlərin layihələndirmə işləri həyata keçiriləcək.
Fərid Yusifov bildirib ki, torpaq eroziyaya uğrayıb və nəticədə 1972-ci ildə tikilmiş 17 bust bənd çaya aşmışdır, digər 5 bəndə isə ciddi ziyan dəyib. İdarənin ekskavatoru ilə çay məcrasının istiqaməti dəyişdirilir, bəndlərin ətrafı təmizlənir.
Hazırda təhlükəsizlik məqsədilə ərazi lentlənib və nəqliyyat vasitələrinin keçidi ciddi nəzarət altındadır.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı













