Avtomobilə silahlı hücum edildi - ikisi polis olmaqla 4 nəfər ölüb

Pakistanda Miranşah şəhər komissarının köməkçisinin avtomobilinə hücum nəticəsində dörd nəfər, o cümlədən iki polis və komissar köməkçisi həlak olub.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə bu gün Hayber-Pahtunhva əyalətinin Bannu rayonunda baş verib.
"Hücum qəfil olub. Hücum edənlər avtomobilə atəş açdıqdan sonra onu yandırıblar. Təhlükəsizlik qüvvələri və polis birgə əməliyyat keçirir. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib", - baş müfəttişin müavini Səcad Xan bildirib.
Komissar köməkçisinin katibi Bilal Sakib mətbuata deyib ki, hadisə səhər saat 10 radələrində baş verib. O əlavə edib ki, komissar köməkçisi məhkəməyə gedərkən pusquya düşüb.
Həlak olanlar arasında bir mülki şəxs də var, iki polis isə yaralanıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO












