Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı İskəndərov Nəriman Vaqif oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Ukraynanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə İskəndərov Nəriman Vaqif oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, elektron məlumat daşıyıcısından istifadə edilməklə, xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Nəriman İskəndərovun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun ölkəmizə gətirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO
Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - ANBAAN VİDEO
Azərbaycanda magistral yol yararsız hala düşdü - VİDEO
Avtomobil almaq arzusu ilə götürdüyü krediti tanışı oğurladı; polis saxladı
Bakıda həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı - VİDEO - YENİLƏNİB
Tramp Si Cinpinlə görüşdən ölkəsi üçün nə əldə edə bildi? - POLİTOLOQ
Qobu Parkda yol çökür – Aylardır tədbir görülmür - VİDEO
Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - VİDEO
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO












