Azərbaycanda 70 yaşlı "PROFESSOR" həbs edildi

Bakıda özünü Azərbaycan Dövlət Texniki Universitetinin professoru kimi təqdim edərək, vətəndaşın 15 min manatını mənimsəyən 70 yaşlı şəxsə hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1954-cü ildə Kürdəmir şəhərində anadan olmuş Hacıəli Əmirovun (soyad şərti) Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Hacıəli Əmirov 2010-cu ildə də Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilib və hazırda məhkumluğu ödənilməyib.
O, Arifə Hüseynova adlı vətəndaşı aldadaraq, onun yaxınının Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmasında köməklik göstərəcəyini vəd edib. Təqsirləndirilən şəxs buna görə zərərçəkmişin 15 min manatını mənimsəyib.
Zərərçəkmiş təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu, ona verdiyi pulun geri qaytarılmasını tələb etdiyini bildirib.
Məhkəmənin qərarı ilə Hacıəli Əmirov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












