Azərbaycandan gedən maşında 200 milyonluq narkotik çıxdı - FOTO

Dağıstan gömrükçüləri və Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin əməkdaşları respublikaya 122 kiloqram marixuananın gətirilməsinin qarşısını alıblar. Avtosfer.az xəbər verir ki, narkotik maddə Rusiyaya Azərbaycan üzərindən tranzitlə daxil olan yük avtomobilində aşkar edilib. Furada olan mallara baxış zamanı bitki mənşəli maddə ilə doldurulmuş 122 ədəd şəffaf polietilen torba aşkar edilib. Ekspertiza bunun marixuana olduğunu müəyyən edib. Müsadirə olunan partiyanın qara bazardakı təxmini dəyəri 200 milyon rublu (təxminən 4 milyon 443 min manat) ötür. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 229.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi — “xüsusilə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı” maddəsi üzrə cinayət işi başlanılıb (Lent.az).


Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO












