Bakıda dəhşət: Ata qızı ilə birgə kürəkəni öldürdü - DETALLAR

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb.
Məlum olub ki, 2019-cu ildə Ədil Məhərrəmov Nuranə adlı xanımla ailə həyatı qurub. Bu, onların ikinci evliliyi olub. Nuranənin ilk evliliyindən 2008-ci il təvəllüdlü qızı var.
2022-ci ildə Nuranə polisə müraciət edərək ilk evliliyindən olan yeniyetmə qızına qarşı ərinin cinayət törətməsini bildirib. Bununla bağlı cinayət işi açılıb və istintaq araşdırmaları aparılıb. Lakin kifayət qədər sübut olmadığından Ədil Məhərrəmova qarşı cinayət təqibi dayandırılıb.
Bundan sonra N.Məhərrəmova məsələni atası Nəcəf Qafarova danışıb və onlar birlikdə Ədili qətlə yetirməyi planlaşdırıblar.
O da məlum olub ki, Nuranənin birinci həyat yoldaşı həbsdə olub. Onlar həmin şəxsin azadlığa çıxanda Ədili öldürəcəyini deyiblər.
Məhkəmədə təqsirləndirilən şəxslər Ədilin yeniyetmə qıza qarşı cinayət törətməsini şifahi olaraq təsdiq etdiyini, hətta “Yaxşı edib etmişəm”, - deyə onlara cavab verdiyini iddia ediblər.
Qeyd edək ki, hökmə əsasən, Nəcəf Qafarov 19 il, qızı Nuranə Məhərrəmova 14 il 6 ay azadlıqdan məhrum edilib. Onlar ikisi də xüsusi amansızlıqla adam öldürməkdə ittiham olunurlar.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












