Bakıda güclü yanğın olub - YENİLƏNİB

Hadisə 20 Avqust 2026 18:59
Bakıda güclü yanğın olub  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Kürdəxanı qəsəbəsində yol kənarında tikinti materiallarının yanması ilə nəticələnən yanğın qısa müddətdə söndürülüb.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Yanğınsöndürənlərin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində alovun ətrafa yayılmasının qarşısı alınıb.

***

Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materialları yanır.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh