Bakıda və Xocavənddə yeni kulinariya və enoturizm mərkəzləri yaradılacaq

Azərbaycan mətbəxinin və qastronomiya turizminin beynəlxalq miqyasda tanıdılması üçün kompleks layihələr həyata keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyev bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə görə, ölkədəki 70-dən çox restoran "Gault and Millau", "La Liste" kimi beynəlxalq bələdçi bazalarına inteqrasiya ediləcək, 3 restoranın isə beynəlxalq ölçmə-dəyərləndirmə sistemlərindən ("Ulduz", "Açar", "Gurman") sertifikat alması dəstəklənəcək.
Bundan başqa:
Bakının Bayıl qəsəbəsində Bayıl Kulinariya Təcrübə Mərkəzi, Xocavənddə isə Tuğ Enoturizm (Şərabçılıq) Təcrübə Mərkəzi (şərab zavodu və üzüm bağları) istifadəyə veriləcək;
"Milli dadlar" elektron portalı süni intellekt və beynəlxalq axtarış sistemlərinə inteqrasiya olunacaq;
200 yerli aşpaz beynəlxalq dərəcəli sertifikatlar alacaq;
Ölkə üzrə 25 çimərlikdə abadlıq işləri aparılaraq beynəlxalq standartlara uyğun nümunəvi ictimai çimərliklər yaradılacaq.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












