ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ

ABŞ-nin Cənubi Qafqazda fəallığının artması regionda geosiyasi balansı yenidən gündəmə gətirib. Azərbaycanın enerji, nəqliyyat və təhlükəsizlik sahələrindəki strateji mövqeyi fonunda Vaşinqtonun Bakı ilə əməkdaşlığını genişləndirməsi diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, ABŞ-nin regiondakı rolunun artması Rusiya və İranın təsir imkanlarına da təsir göstərə bilər.
Bəs bu proses Azərbaycanın strateji əhəmiyyətini necə artırır?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanın ABŞ-ilə münasibətlərinin möhkəmlənməsi hər iki ölkə üçün sərfəli bir vəziyyətdir:

"ABŞ Azərbaycan timsalında regionun əsas və açar dövlətlərindən biri ilə geniş əlaqələr qurmaqla mühüm imkanlar əldə edir. Azərbaycan hazırda həm enerji, həm də digər strateji sahələrdə mühüm əhəmiyyət daşıyan ölkədir. Xüsusilə postmüharibə dövründən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar Azərbaycanın bölgədəki rolunu daha da artırıb. Azərbaycan Cənubi Qafqazın sözsüz lider dövlətidir və ABŞ da bütün bunları nəzərə alır. Tramp administrasiyası Bayden dövründə yol verilən səhvləri təkrarlamamağa çalışır. Çünki həmin səhvlərin yenidən təkrarlanması ABŞ-nin regiondakı reputasiyasına mənfi təsir göstərə bilər. Buna görə də Tramp administrasiyası Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlıdır və ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərlə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir"
Politoloq qeyd edib ki, ABŞ-ilə münasibətlərin inkişafı Azərbaycanın digər dövlətlərlə münasibətlərinə qarşı yönəlməyib:
"Azərbaycan digər ölkələrlə olduğu kimi, ABŞ-ilə münasibətlərini də heç bir üçüncü dövlətə qarşı düşmənçilik müstəvisində qurmayıb. Əksinə, Azərbaycan Rusiya və İran kimi ABŞ-ilə münasibətləri o qədər də yaxşı olmayan ölkələrlə də qonşuluq münasibətlərinə xüsusi önəm verir və bunu dəfələrlə nümayiş etdirib. Bu baxımdan, Azərbaycanın ABŞ-ilə münasibətlərinin inkişafı digər dövlətlərin Azərbaycanla əlaqələrinə xələl gətirməməlidir. Çünki Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri ikitərəfli münasibətlərin inkişafıdır. Biz münasibətlərdə başqa dövlətə qarşı addım atmaq siyasəti heç zaman izləməmişik və bundan sonra da belə bir siyasət yürütməyəcəyik".
Fatimə
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?










