Bakıda mənzildə YANĞIN - 8 nəfər təxliyə edildi

Hadisə 25 Avqust 2026 13:18
Bakıda mənzildə YANĞIN  - 8 nəfər təxliyə edildi
WhatsApp kanalımıza abunə olun

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Avtosfer.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 8 nəfər bina sakini təxliyə edilib.

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh