Bakıda qardaş və bacı bir-birini BIÇAQLADI - YENİLƏNİB

Hadisə 2 Sentyabr 2026 13:33
Bakıda qardaş və bacı bir-birini BIÇAQLADI   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakının Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində baş verən bıçaqlanma hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 1-i saat 15 radələrində iki nəfər (bir qadın, bir kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir"./oxu.az

***21:47, 01 sentyabr

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib.

Avtosfer.az teleqraf.az-a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyindən bıçaqlayıb.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 456
ŞƏRH YAZ
Ad

E-mail

Şərh