Bakıda qızının evə taksi ilə gəlməsinə əsəbiləşən kişi arvadını döydü

Bakıda paltarlarını özü yuyan kişi həyat yoldaşını döyüb.
Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1959-cu il təvəllüdlü Əfrail Rzayev (soyad şərtidir - red.) həyat yoldaşı ilə aralarında tez-tez mübahisə yarandığından bir evdə ayrı yaşamağa başlayıblar. Kişi yeməyini özü bişirib, paltarlarını da özü yuyurmuş.
Bir müddət əvvəl cütlüyün qızı taksi ilə onlara qonaq gəlib və anasının yaşadığı otağa daxil olub. Əfrail qızının axşam vaxtı taksi ilə gəlməsinə irad bildirib. Bu vaxt həyat yoldaşı onun qarşısına çıxaraq mübahisə edib. Qalmaqal zamanı ər həyat yoldaşına yumruq və təpiklə zərbələr endirib.
Hadisə yerinə polis əməkdaşları gəlib və Ə.Rzayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı zamanı ər-arvad arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO












