Bakıda sevgilisinin evindən 7400 manat oğurlayan qadın həbs olundu

Bakıda qadın sevgilisinin evini qarət edib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. 2002-ci il təvəllüdlü Aysel Ağacanova (ad və soyad şərtidir) Bakıda Şakir adlı şəxslə tanış olub. Bir müddətdən sonra Şakirlə Aysel arasında sevgi münasibəti yaranıb və onlar mütəmadi olaraq Şakirin evində görüşüblər.
Növbəti dəfə Aysel Şakirin evində onunla görüşərkən, ev sahibinin pulu saxladığı yeri müəyyən edib. Daha sonra Aysel evi qarət etmək qərarına gəlib. O, bu məqsədlə Şakirin evdən çıxarkən açarı gizlətdiyi yeri də müəyyən edib.
Bir gün Şakir evdən çıxıb işə gedəndən sonra Aysel onun yaşadığı evə gələrək mənzilə daxil olub. O, mənzildən 7 400 manat, samovar və digər usta alətlərini götürərək qapını açarla bağlayıb və hadisə yerindən uzaqlaşıb.
Şakirin şikayəti əsasında Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisədə şübhəli bilinən Aysel saxlanılıb. O, hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Aysel Ağacanova 2 il azadlıqdan məhrum edilib.
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO












