Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı - FOTO - VİDEO

Hadisə 16 Sentyabr 2026 14:00
Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı   - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda satılan "TALA" markalı turşunun içindən milçək çıxması ilə bağlı yayılan görüntülər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarətə götürülüb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

Qeyd olunub ki, AQTA-nın Bakı regional bölməsi tərəfindən məsələ ilə bağlı nəzarət tədbirləri həyata keçirilir.

"Agentliyin müfəttişləri tərəfindən aparılan yoxlamanın nəticələrinə uyğun olaraq tədbirlər həyata keçirilməkdədir", - deyə açıqlamada bildirilib.

***

Bakıda supermarketdən alınan konservləşdirilmiş xiyar turşusunun içindən milçək çıxdığı iddia olunur.

Avtosfer.az-ın məlumatına görə, oxu.az-a müraciət edən Bakı sakini bildirib ki, ötən gün (15 sentyabr) saat 17:36-da Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən "Neptun" supermarketdən xiyar turşusu alıb.

Vətəndaşın sözlərinə görə, sözügedən məhsul "TALA" brendi ilə satılan xiyar turşusudur.

Bakıda supermarketdən turşu aldı: İÇİNDƏN GÖRÜN NƏ ÇIXDI - FOTO - VİDEO

İstehlakçının sözlərinə görə, məhsulu evdə açaraq istifadə etmək istəyərkən bankadakı xiyarları doğrayıb. Daha sonra xiyarın içindən milçək çıxıb.

Təqdim olunan videoda doğranmış xiyar turşuları arasında milçəyin olduğu müşahidə edilir.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Həmçinin məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

bax.tvhttps://player.bax.tv/embed/227043.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 128
ŞƏRH YAZ
Ad

E-mail

Şərh