Bakıda sürücülər arasında yol üstündə dava: ÖLƏN var - YENİLƏNİB

Aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalarla 1978-ci il təvəllüdlü Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***14:36
Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu Əliyev ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Yasin oğlu Əhmədov Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilir ki, qətlə yetirilən Səlim Binə qəsəbəsində makler kimi fəaliyyət göstərib. Bu gün səhər saatlarında onun idarə etdiyi avtomobillə Maksimin taksi kimi sürdüyü maşın yolda üz-üzə gəlib və yol vermək üstündə aralarında mübahisə baş verib.
Hadisənin də bu mübahisə səbəbindən törədildiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU - YENİLƏNİB
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi










