Banner

Bakıda GÜCLÜ YANĞIN BAŞLADI

Hadisə 10 Oktyabr 2026 19:45
Bakıda GÜCLÜ YANĞIN BAŞLADI
WhatsApp kanalımıza abunə olun

Bakının Xətai rayonunda baş verən yanğının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Bakının Xətai rayonunda yanğın başlayıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində taxta və təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxunub : 162
ŞƏRH YAZ
Ad

E-mail

Şərh