Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Saatlıda bayram qonaqlığı qanlı hadisə ilə nəticələnib.
Hadisə martın 22-də, saat 21 radələrində rayonun Fətəlikənd kəndində yerləşən kafelərin birinin qarşısında baş verib. Aralarında yaranan mübahisə zəminində 49 yaşlı Rizvan Söhbətov qohumu, 50 yaşlı Rövşən Abdullayevə bıçaqla çoxsaylı xəsarətlər yetirib. Ürək nahiyəsindən ağır yaralanan Rövşən Abdullayev xəstəxanaya aparılarkən yolda vəfat edib.
Mərhumun qardaşı Baku TV-yə bildirib ki, tərəflər arasında əvvəlcə mübahisə yaranıb və onları ayırmaq mümkün olub: "Axşam saatlarında aralarında mübahisə oldu. Mən də orada idim, onları araladım. Sonra Rizvan evinə getdi, biz də düşündük ki, məsələ bitdi. Lakin sonradan evdən bıçaq götürərək yenidən hadisə yerinə qayıdıb. Qardaşıma oturduğu yerdə üç bıçaq zərbəsi vurub həyatına son qoydu".
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Rizvan Söhbətov Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












