Banner

Bıçaqlanan müavin Vüqar Qurbanovun qohumu imiş - FOTO

Hadisə 8 Oktyabr 2026 12:03
Bıçaqlanan müavin Vüqar Qurbanovun qohumu imiş - FOTO
WhatsApp kanalımıza abunə olun

Abşeronda bıçaqlanan direktor müavininin kimliyi bilinib.

Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, bıçaq xəsarətləri alan şəxs xəstəxananın direktor müavini Orxan Ənvərlidir.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Orxan Ənvərli TƏBİB-in sabiq sədri Vüqar Qurbanovun qohumudur. O, bundan əvvəl TƏBİB-in Daxili Nəzarət və Monitorinq Departamentinin rəhbəri olub və həmin vaxt Qurbanov soyadını daşıyıb.

Bildirilir ki, Vüqar Qurbanov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Orxan Qohumluq əlaqəsini gizlətmək məqsədilə soyadını dəyişərək Ənvərli edib. Buna baxmayaraq, o, əvvəlki rəhbər vəzifəsindən azad olunaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini təyin edilib.

Bıçaqlanan baş həkimin müavini Vüqar Qurbanovun soyadını dəyişən qohumu imiş - Foto

***

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Oxunub : 618
ŞƏRH YAZ
Ad

E-mail

Şərh