Türkiyədə bina ÇÖKDÜ - Dağıntılar altında QALANLAR VAR - FOTO - VİDEO

İstanbulun Maltəpə rayonunda yeddimərtəbəli binanın çökməsi nəticəsində bir nəfər həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı rəsmi məlumatlara istinadən informasiya yayıb.
Məlumata görə, dağıntılar altında qalan daha üç nəfərin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Bildirilir ki, indiyə qədər dağıntılar altından 10 nəfər sağ çıxarılıb.
***
İstanbul valisi Davut Gül hadisə yerindən ictimaiyyətə açıqlama verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
"1987-ci ildə tikilmiş binada ümumilikdə 12 mənzil var. Əhali qeydiyyatı sisteminin məlumatlarına əsasən, binada 33 nəfər yaşayır. Çökmə nəticəsində binanın 4 mənzilinə ziyan dəyib. Zərər çəkmiş bu 4 mənzildə qeydiyyatda olan 14 nəfərdən 2-sinin öz doğma şəhərlərində olduğu müəyyənləşdirilib. Əməliyyatlar nəticəsində 5 nəfər dağıntılar altından çıxarılıb, 4 nəfərlə isə əlaqə yaradılıb. Qalan 3 nəfərin axtarış və xilasetmə işləri isə fasiləsiz olaraq davam etdirilir", - deyə vali bildirib.
***
İstanbulun Maltəpə rayonunda çökən binanın yeddimərtəbəli olduğu bəlli olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.
Məlumata görə, tikilinin ilk üç mərtəbəsi uçsa da, yuxarı mərtəbələrdə qalan sakinlər axtarış-xilasetmə qruplarının köməkliyi ilə təxliyə ediliblər.
Binanın zəmin mərtəbəsinin emalatxana kimi fəaliyyət göstərdiyi müəyyənləşib. Uçqun anında emalatxanada heç kimin olmadığı məlum olub. Dağıntılar altından 14 yaşlı yeniyetmənin sağ olaraq xilas edildiyi və onun həyatı üçün heç bir təhlükənin olmadığı bildirilib.
Digər tərəfdən, binanın tamamilə çökmə ehtimalına qarşı ətrafda müvafiq təhlükəsizlik tədbirləri görülüb.
İstanbul Valiliyi də Maltəpədə qeydə alınan çökmə ilə əlaqədar rəsmi məlumat yayıb.
"Səhər saatlarında Maltəpə rayonunda yeddimərtəbəli tikilinin üç mərtəbəsi uçub. Dərhal əraziyə AFAD əməkdaşları, yanğınsöndürənlər, eləcə də təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər", - deyə açıqlamada bildirilib.
***
İstanbulda altımərtəbəli bina çöküb.
Avtosfer.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Maltəpə rayonunda baş verib. Hələlik məlum olmayan səbəblərdən binanın iki mərtəbəsi çöküb.
Dağıntılar altında qalanların olduğu bildirilir. Hadisə yerinə xilasetmə qrupları və təcili yardım maşınları cəlb olunub. Hazırda ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.
İlkin məlumata əsasən, dağıntılar altından sağ çıxarılan bir uşaq xəstəxanaya yerləşdirilib.






Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO












