Bulvarda skuter ana və uşağını xəstəxanalıq etdi - AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, qadının skuterdən yıxılaraq xəsarət alması ilə bağlı polisə daxil olan müraciət əsasında araşdırma aparılıb. Məlum olub ki, qadın kənar müdaxilə olmadan skuterdən yıxılaraq xəsarət alıb.
***
14:33
Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, hadisə ötən gün saat 18:00 radələrində baş verib:
“Qəza keçirən xanım skuteri özü idarə edib və bulvar ərazisinə kənardan gətirib. Nəzərinizə çatdırmaq istəyirəm ki, Dənizkənarı Bulvar İdarəsi skuterlərin Milli Parkda hərəkəti ilə bağlı qaydalar müəyyənləşdirib. Bu qaydalara əsasən bulvarda skuterlər yalnız müəyyən olunmuş hissələrdə sürət həddi 17 km/ saatdan artıq olmamaqla idarə oluna bilər. Dənikənarı zolar skuterlərin istidafəsi üçün birmənalı qadağan olunub. Bununla bağlı qadağanedici nişanlar da qoyulub. Əhalidən bir daha xahiş edirik ki, bu qaydalara əməl etsinlər”.
***
14:16
Bulvarda skuterlə qəza hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, iddialara görə skuter qadın və onun uşağını vuraraq xəstəxanalıq edib. Lakin ilkin məlumata görə, nəqliyyat vasitəsini qadın özü idarə edirmiş.
Dənizkənarı Bulvar İdarəsindən Avtosfer.az-a bildirilib ki, qəza bulvar ərazisində icarəyə verilən skuterlər ilə yox, kənardan gətirilmiş şəxsi nəqliyyat vasitəsilə baş verib.
Hadisə 9-cu Polis bölməsi tərəfindən araşdırılır. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, faktla bağlı araşdırma aparılır, yaxın müddətdə məlumat veriləcək.
Qeyd edək ki, hadisə ötən gün (26 dekabr) axşam saatlarında baş verib.
Məhəbbət Tərlanoğlu
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










