Çində təmir edilən əcnəbi yük gəmisində yanğın: Ölənlər var - YENİLƏNİB

Çin Xalq Respublikasında gəmidə baş verən yanğın nəticəsində ən azı 20 nəfər həyatını itirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilir ki, hadisə zamanı gəminin göyərtəsində cəmi 42 nəfər olub. Onlardan 12-si təhlükəsiz əraziyə təxliyə edilib. Xəsarət alan beş nəfər xəstəxanaya çatdırılıb və hazırda onların səhhətinin normal olduğu bildirilir. Əlavə olaraq, beş nəfərin itkin düşdüyü qeyd olunur.
Sözügedən tərsanə Çin Dövlət Gəmiqayırma Korporasiyasının (CSSC) mülkiyyətindədir.
Məlumata görə, sentyabrın 10-da səhər saatlarında Çinin Sindao şəhərində təmir edilən xarici yük gəmisində alovlanma qeydə alınıb. "South China Morning Post" nəşrinin bildirdiyinə görə, hadisə çox sayda insanın ölümünə səbəb olub. Yanğın gəminin bərpa işləri aparılan dokunda baş verib.
Çin sədri Si Cinpin itkin düşən şəxslərin axtarışlarının aparılması barədə xüsusi tapşırıq verib. İlkin ehtimallara əsasən, alov anidən yayılıb. Hazırkı mərhələdə bədbəxt hadisənin yaranma səbəbləri barədə rəsmi açıqlama verilməyib. Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.
***15:30
Çin limanında xarici ölkəyə məxsus yük gəmisində yanğın hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayımlayıb.
Çinin Sindao şəhərində yerləşən Beyhay tərsanəsində təmir prosesində olan əcnəbi yük gəmisində alovlanma meydana gəlib və bu yanğın xeyli sayda insan itkisinə səbəb olub. Su nəqliyyatı vasitəsinin konkret olaraq hansı ölkəyə məxsus olduğu hələ müəyyənləşdirilməyib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












