Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi

Sosial şəbəkələrdə “İlanlı qız” kimi tanınan tiktoker-müğənni Günəş polis əməkdaşları tərəfindən saxlanılıb.
Avtosfer.az patrul.az-a istinadla xəbər verir ki, onun son dövrlər sosial şəbəkələrdə nümayiş etdirdiyi qeyri-adekvat davranışlar, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı görüntülər və davranışları ilə bağlı araşdırma aparılıb.
Əldə etdiyimiz məlumata görə, bu araşdırmalar çərçivəsində o, müayinədən keçirilməsi və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə psixiatriya xəstəxanalarından birinə yerləşdirilib.
Qeyd edək ki, sözügedən şəxsin sosial şəbəkələrdə paylaşdığı görüntülər son dövrlər geniş ictimai müzakirələrə səbəb olub. Bir sıra sosial media istifadəçiləri onun nümayiş etdirdiyi qeyri-adekvat hərəkətləri, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı və qeyri-əxlaqi hesab etdikləri davranışları tənqid edərək narazılıqlarını ifadə ediblər.
Dənizdə nəzarətsiz ərazidə BƏDBƏXT HADİSƏ: 15 yaşlı oğlan batdı
Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş - FOTO - YENİLƏNİB
Qəbələdə avtomobil yanaraq külə döndü - VİDEO
Şəhid anası oğlunun ildönümündə vəfat etdi - FOTO
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi










